"Pakistan-Azərbaycan" kitabının təqdimatı oldu

"Pakistan-Azərbaycan" kitabının təqdimatı oldu
9 mart 2023
# 16:30

Azərbaycan Dillər Universitetində Pakistanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə nəşr olunmuş "Pakistan-Azərbaycan" kitabının təqdimatı keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, təqdimat mərasimində universitetin rəhbər heyəti, müəllim və tələbələri, həmçinin Pakistanın ölkəmizdəki səfiri Bilal Haye və səfirliyin digər nümayəndələri iştirak edib.

Universitetin rektoru Xalq yazıçısı Kamal Abdulla təqdimatı giriş sözü ilə açaraq iki ölkə arasında əlaqələrin inkişafından söz açıb. Rektor kitabın tələbələr tərəfindən sevimli kitab olacağına inandığını qeyd edib.

Pakistanlı səfir isə, öz növbəsində, ölkələrarası münasibətlərin bundan sonra da yaxşılaşacağına inandığını qeyd edib. Səfir ADU-da fəaliyyət göstərən Pakistan dil və mədəniyyət mərkəzinin mövcudluğunu yüksək qiymətləndirib.

# 981 dəfə oxunub

Müəllifin son yazıları

# # #