Pablo Pikassonun rəsmindəki gizli detal ortaya çıxdı

Pablo Pikassonun rəsmindəki gizli detal ortaya çıxdı
16 may 2023
# 14:00

Bütün zamanların ən məşhur rəssamlarından biri kimi tanınan Pablo Pikasso ilk əsərlərindən biri ilə yenidən gündəmdə gəlib.

Kulis.az xəbər verir ki, rəssamın “Le Moulin de la Galette” tablosunu araşdıran məşhur Quqgenhaym muzeyi rəsmdə gizlənmiş iti üzə çıxarıb.

Nyu Yorkdakı muzey rəssamın ilk əsərlərindən olan bu rəsmdə qırmızı lent taxmış itin təsvir edildiyini açıqlayıb. “Gənc Pikasso Parisdə” sərgisini nümayiş etdirən muzey rəssamın 10 rəsm və rəsm əsərini sənətsevərlərlə bir araya gətirib.

Sözügedən rəsmdə Parisin məşhur məkanlarından birində rəqs edən insanları təsvir edirlir. Üç nəfərin oturduğu masada iti görən mütəxəssislər itin qara boya ilə örtüldüyünü bildiriblər.


# 888 dəfə oxunub

Müəllifin son yazıları

# # #