Özünüzü idarə etməyin ən asan 10 yolu

Özünüzü idarə etməyin ən asan 10 yolu
10 fevral 2022
# 17:00

Kulis.az "Özünüzü idarə etməyin 10 asan yolu"nu təqdim edir.

Nəfəs almaq

Doğru və şüurlu şəkildə nəfəs alıb vermək. Bunu bacarmaq sizə güc, dayanıqlıq və sükunət verəcək. Bir alışqanlıq və vərdiş halına gətirin.

İstirahət etmək

Hər zaman tamamilə istirahət etmək. Çox insan ətraf müdaxilələrin və öz səbirsizliklərinin səbəb olduğu stress vəziyyətini aşa bilmir. Bu da günlük həyat şərtlərinə qarşı savaşma qabiliyyətini zəiflədir. Nəticə öz-özünü idarə etmək əvəzinə, başqaları tərəfindən idarə olunursan.

Düşünmək

Düşüncələrinizi, hərəkətlərinizin əsas gücü olaraq istifadə etməyə alışmalısınız. Biz insanlar qarşılaşdığımız problemlərlə mübarizə aparmaq üçün öz özümüzə cəsarət verəcəyimiz yerdə, rahatlıqdan və ya məğlubiyyət vəziyyətindən dolayı qayğılarımıza boyun əyirik. Kritik vəziyyətlərdə özünüzün yaratdığınız düşüncələrlə hərəkət edib bu vəziyyəti geridə qoya bilərsiz.

Təxəyyülündə canlandırmaq

Hər problemi rahatlıqla məğlub edə biləcəyinizi təxəyyül edin. Bir çox insanlar xəyal güclərini, əvvəlcə, məğlubiyyətlərini təxəyyül edib, lazım olanda da buna bəhanə etmək üçün istifadə edirlər. Halbuki idarəedici xəyal gücü yerində istifadə olunduğunda bir çox çətinliklərin üstəsindən asanlıqla gəlmək olar. Öncə xəyal edin və düşünün. Sonra bunu hərəkətə çevirin.

"Həqiqi mən"lə "saxta mən"

Daxilinizdəki ikili xarakterinizin arasında oynanan oyunun ortasında qalmamağı öyrənin. "Saxta mən"i nəzarətdə saxlamağı bacarın.

Nə yararlıdır?

Həyatınızda bundan sonrası üçün nəyin yararlı olduğu öyrənib, ancaq bunun üzərində işləyin Özünü idarə etmək istəyən insan, əvvəlcə öz üzərində işləyə bilməlidir. Nitsşe, “gündə özünüzü 10 dəfə məğlub etmədinizsə, onu həyatdan saymayın” deyir... Özünüzü bilin və tanıyın.

Az danışmaq

Hər zaman lazımından daha az danışın. Əgər sözlərinizlə insanları təsirləndirməyə çalışırsınızsa, nə qədər çox danışsanız, bir o qədər çox gözdən düşəcəksiniz. Üstəlik, atalar deyib ki, çox danışan, çox səhv buraxar.

Özünüz özünüzü yenidən yaradın

Cəmiyyətin üzərinizə yüklədiyi rolu qəbul etməyin. Yeni, maraqlı və sıradan olmayan bir xarakter yaradın. Digərlərinin sizi səciyyələndirməsinə icazə verməyin.

Bağlanmamaq və tərəf tutmamaq

Tərəf tutmaqda tələsməyin. Özünüzdən başqa heç kimin tərəfini tutmayın. Tam azad olaraq, bir yolda düm-düz irəliləyin.

Hər şeyi sonuna qədər planlayın

Ən vacibi sondur. Hər şeyi sonuna qədər planlayın. Bütün ola biləcək nəticələri, problemləri, talehsizlikləri hesaba alın. Talehinizə yumşaq bir şəkildə rəhbərlik edin və irəlini düşünərək gələcəyinizi bəlli edin.

# 2061 dəfə oxunub

Müəllifin son yazıları

# # #