Özlərini Bred Pitt kimi göstərib qadınların pulunu aldılar

Özlərini Bred Pitt kimi göstərib qadınların pulunu aldılar
26 sentyabr 2024
# 10:10

Özlərini Hollivud ulduzu Bred Pitt kimi təqdim edən şəxslər iki qadını aldadıblar.

Kulis.az xəbər verir ki, məşhur aktyorla danışdıqlarını düşünən qadınlar fırıldaqçılara külli miqdarda pul veriblər.

İspaniya polisi qadınları aldadan 5 nəfəri həbs edib.

Onlar özlərini Bred Pitt kimi göstərib qadınların pulunu alıblar! - 2

Bazar ertəsi Guardia Civil tərəfindən dərc edilən açıqlamaya görə, 8 əyaləti əhatə edən "Bralina" əməliyyatı çərçivəsində daha 10 nəfər dələduzluq ittihamı ilə istintaqa cəlb edilib.

Qadınlardan biri fırıldaqçılara 195 min dollar, digəri isə 167 min dollar verib. Polis ümumi məbləğin 95 min dollarını çıxara bilib.

Onlar özlərini Bred Pitt kimi göstərib qadınların pulunu alıblar! - 3

Polis hər iki qurbanın Brad Pittin fanat saytı vasitəsilə fırıldaqçılar tərəfindən əlaqə saxladığını və aktyorun onlarla müxtəlif layihələrə investisiya etmək istədiyinə əmin olduqlarını bildirib.

Ülvi Bahadır

# 457 dəfə oxunub

Müəllifin son yazıları

# # #