Özcan Dənizlə bağlı istintaq başladıldı - Səbəb

Özcan Dənizlə bağlı istintaq başladıldı - Səbəb
3 mart 2025
# 13:40

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən müğənni Özcan Dəniz barəsində icazəsiz hovuzlar, əlavə qapalı sahələr tikdirdiyi və qaraj sahələrini yaşayış sahəsinə çevirdiyi iddiası ilə araşdırma başladılıb.

Kulis.az xəbər verir ki, Özcan Dəniz "şübhəli" qismində martın 5-də ifadə vermək üçün çağırılıb. Onun barəsində "Tikinti kirliliyinə səbəb olma" və "Mədəniyyət və təbii irsin mühafizəsi" qanununa zidd hərəkət etmə maddələri üzrə araşdırma başladılıb.

Qeyd edək ki, Özcan Dəniz özü, anası və qardaşlarının yaşayacağı bir kompleksdən 3 villa alması ilə gündəmə gəlmişdi. O dövrdə Dənizin 3 mərtəbəli 3 villa üçün 200 milyon lirə ödədiyi öyrənilmişdi.

# 832 dəfə oxunub

Müəllifin son yazıları

# # #