Özbəkistanda “Şuşa ili” nominasiyası

Özbəkistanda “Şuşa ili” nominasiyası
10 fevral 2022
# 10:30

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə 2022-ci ildə Özbəkistan-Azərbaycan mətbuatı arasında “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı”, “Türk dövlətləri arasında iqtisadi əlaqələr və tranzit imkanları”, “Ortaq dəyərlərimiz” nominasiyaları üzrə müsabiqə elan edilib.

Kulis.az xəbər verir ki, müsabiqəyə Azərbaycanın Mədəniyyət Nazirliyi, ölkəmizin Özbəkistandakı səfirliyi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti, Özbəkistan Milli Mətbuat Agentliyi müvafiq dəstək göstərir.

2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi ilə əlaqədar AMM tərəfindən Özbəkistanda silsilə tədbirlərin və layihələrin həyata keçirilməsi plandaşdırılır. Bununla əlaqədar müsabiqəyə “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı nominasiya daxil edilib.

Azərbaycanın qədim şəhəri, Qarabağın mərkəzi Şuşanın tarixi, mədəniyyəti, turizm ehtiyatları, tanınmış şuşalılar, mədəniyyət və sənət beşiyi Şuşanın azad olunması, Azərbaycan ordusunun rəşadəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə apardığı uğurlu siyasət, azad olunmuş ərazilərin bərpası və bu torpaqlarda yaşayan əhalinin qayıtması, milli-mədəni irsimizin dağıdılması, Şuşanın məşhur abidələri, şəhərin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr və s. barədə məqalələrə, araşdırmalara, televiziya verilişlərinə və s. materiallara müsabiqədə üstünlük veriləcək.

# 1673 dəfə oxunub

Müəllifin son yazıları

# # #