"Özbək qızı" filminin çəkilişləri başa çatdı

"Özbək qızı" filminin çəkilişləri başa çatdı
7 yanvar 2023
# 16:50

Şamaxı əsilli azərbaycanlı Ziba Qəniyeva haqqında Özbəkfilm və Belarusfilm studiyalarının birgə çəkdiyi "Özbək qızı" filminin çəkilişləri başa çatıb.

Kulis.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqafçılar İttifaqından məlumat verilib.

Atası represiya olunan Zibanın uşaqlıq illəri Özbəkistanda keçib və 2-ci dünya müharibəsinə də oradan yollanıb. O, 129 faşist məhv edən snayperçi kimi şöhrət tapıb, ordenlərə layiq görülüb.

Onun Azərbaycanın xalq artisti Mehdi Məmmədovla hələ Moskvada Teatr Sənəti İnstitutunda oxuduğu illərdə dostluq münasibətləri başlayıb. Tahir Salahovla tanışlığı və böyük dostluğu isə Moskvada olub. O, Ziba Qəniyevanın şəklini çəkib. Heykəltəraş Cəlal Qaryağdı da Zibaya "Snayper Ziba Qəniyeva" əsərini həsr edib.

Ziba Qəniyeva sonuncu dəfə 1990-cı illərin ortalarında, mart ayında Bakıya gəlib və 2010-cu ildə Moskvada vəfat edib.

# 1743 dəfə oxunub

Müəllifin son yazıları

# # #