Müstəqil M.Teatrın səhnəsində məşhur ingilis yazıçısı Etel Lilian Voyniçin eyniadlı romanı əsasında səhnələşdirilmiş “Ovod” tamaşasının premyerası olub.
Kulis.az xəbər verir ki, yeni hazırlanan tamaşanı səhnələşdirən və quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, bəstəkarı Əli Cəfərzadə, səs rejissoru Fəyyaz Ələkbərov, geyim üzrə rəssamı Oksana Rəsulovadır.
Səhnə əsərində rolları Xalq artisti Vidadi Həsənov, Əməkdar artist İlqar Cahangir, aktyorlar Ziya Ağa, Oksana Rəsulova, Tural Rzayev, Şamil İbrahimov, Cavid Baba və Ramiz Qəmbər ifa edirlər.
- Bakıda Stalinqrad döyüşünə aid sərgi
- Mədəniyyət Evinə Ağaxan Abdullayevin adı verildi
- Evində ölü tapılan aktyorumuz - Onu teatrdan niyə qovmuşdular?
Məlumat üçün bildirək ki, "Ovod" 1897-ci ildə ABŞ-da çap olunun. Əsər Gənclər Hərəkatının üzvü olan Artur Berton adlı qəhrəmanın, əsasən, atası kordinal Montanelli və dostu Cemmayla münasibətləri ətrafında baş verən faciəvi hadisələri əks etdirir.
Tamaşanın növbəti premyerası iyunun 7-8- də keçiriləcək.