"Övladlarınıza təhsil verin, bəlkə, onlardan adam oldu" - Hikmət Rəhimov

"Övladlarınıza təhsil verin, bəlkə, onlardan adam oldu" - Hikmət Rəhimov
24 oktyabr 2024
# 10:22

Aktyor Hikmət Rəhimov sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

Kulis.az xəbər verir ki, aktyor küçədə əyləşib tum çırtlayıb qabıqlarını yerə atanları qınayıb.

"Hər gün gözəl Bakı bu vəziyyətdədir. Deyiləcək o qədər sözlər var ki... Kimlərə və hansı beyinlərə dediyini anlayanda və bu beyinlərlə bir şəhərdə yaşadığına görə sadəcə peşman olursan. Övladlarınıza təhsil verin, bəlkə onlardan adam oldu" deyə, aktyor əlavə edib.

# 272 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #