Orxan Pamuk məhkəməyə çağırılıb

Orxan Pamuk məhkəməyə çağırılıb
2 noyabr 2023
# 12:05

Nobel mükafatlı türkiyəli yazar Orxan Pamuk məhkəməyə çağırılıb.

Kulis.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna səbəb Pamukun Cahangir səmtindəki 18 mənzildən 6-sının ona məxsus olduğu yaşayış binasının sökülməsiylə bağlı təklifi olub.

Sözügedən bina qəzalı vəziyyətdə olan tikililər siyahısına daxil edilib.

Qərardan sonra Pamuk qonşularını binanın sökülməsinə razı salmağa çalışsa da, heç kim bununla razılaşmayıb.

Məhkəmə qəzalı binanın əsaslı təmir edilməsi ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, Pamuk kitablarını yerləşmədirmək üçün binadan 6 mənzil alıb.

# 704 dəfə oxunub

Müəllifin son yazıları

# # #