Orxan Ağazadənin "Məhbus"u beynəlxalq kino proqramları tərəfindən seçilir

Orxan Ağazadənin "Məhbus"u beynəlxalq kino proqramları tərəfindən seçilir
14 iyun 2024
# 16:30

Rejissor Orxan Ağazadənin “Məhbus” film layihəsi İstanbul CineCollective Beynəlxalq Film proqramına seçilib.

Kulis.az xəbər verir ki, dram janrından olan məhbus keçmişindən qurtula bilməyən Rasim adlı qəhrəman haqqındadır.

Məhbuslar gecənin qaranlığında atılmış binanın pəncərəsi önündə qadın paltarında rəqs edən şəxsi izləyirlər.

Tammetrajlı bədii film layihəsi olan “Məhbus” Kann Film Festivalının Cinefondation ssenari rezidensiyasına Azərbaycandan qəbul olan ilk layihədir.

Bundan əlavə, film "Le Prevote" ssenari rezidensiyasının iştirakçısı olub. Hazırda inkişaf mərhələsində olan filmin rejissoru, ssenari müəllifi və prodüseri Orxan Ağazadədir.

# 483 dəfə oxunub

Müəllifin son yazıları

# # #