ABŞ-ın "Blue Origin" və "Sierra Space" kosmik şirkətləri "Centerboro Productions" kino və televiziya şirkəti ilə "Helios" filminin çəkilişi üçün müqavilə bağlayıb. Filmin "Orbital Reef" adlı kosmik stansiyasında çəkilməsi planlaşdırılır.
Kulis.az TASS-a istinadla xəbər verir ki, bu barədə kosmik stansiyanın saytında qeyd olunub.
Ekran əsərində cərəyan edən hadisələr 2030-cu ili əhatə edəcək. Süjetə əsasən, kosmik stansiyadan bəhs edilən filmdə Helios kosmik gəmisinin komandası verilən missiyanı yerinə yetirmək üçün Beynəlxalq Kosmik Stansiyaya (BKS) gedəcək. Çəkilişlərə 2023-cü ildə başlanılacaq.
Qeyd edək ki, 2021-ci ilin payızında “Blue Origin” və “Sierra Space” kosmik şirkətləri “Orbital Reef” adlı kommersiya kosmik stansiyası yaratmaq planlarını açıqlayıb. Stansiyanın 2027-ci ildə tam fəaliyyətə başlaması gözlənilir.