"Oppenheimer" filmində tarixi səhvə yol verilib

"Oppenheimer" filmində tarixi səhvə yol verilib
25 iyul 2023
# 18:34

Kristofer Nolanın "Oppenheimer" filminin premyerasında tarixi səhv aşkarlanıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, ekran əsərində 1945-ci ildə Yaponiyada ilk atom silahından istifadə edilməsindən sonrakı səhnədə insanların əllərində 50 ulduzlu Amerika bayrağının dalğalanması kino mütəxəssislərinin diqqətindən yayınmayıb.

Onlar bildiriblər ki, 1945-ci ildən bəhs edən filmdə ABŞ bayrağında 50 ulduzun yer alması düzgün deyil:

“Çünki həmin vaxtlarda bayraqda cəmi 48 ulduz var idi, ona görə ki, o vaxt Alyaska və Havay ştat deyildi. Ancaq 15 ildən sonra ABŞ-ın bayrağına 50 ulduz həkk olunub. Ən maraqlı məqamlardan biri də odur ki, filmdə həmin ildən bəhs edən başqa bir səhnədə Oppenheimerin qarşısında 48 ulduzlu bayraq göstərilir”.

# 986 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #