Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı milli musiqi irsimizi və klassik opera sənətini yaşatmaq məqsədilə “Milli Opera İncilərimiz” adlı yeni layihə təqdim edib.
Kulis.az xəbər verir ki, layihənin ilk konserti 17 may tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib.
Konsert proqramında Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Zülfüqar Hacıbəyov, , Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov, Cahangir Cahangirov, Firəngiz Əlizadə, Pikə Axundova və Siyavuş Kəriminin operalarından seçilmiş nümunələr səsləndirilib.
Qeyd edək ki, layihənin ay ərzində bir dəfə nümayiş olunması nəzərdə tutulur.