"One Life" filmindən ilk kadrlar yayımlandı

"One Life" filmindən ilk kadrlar yayımlandı
25 iyul 2023
# 12:00

Aktyor Entoni Hopkinsin baş rolda olduğu "One Life" filmindən ilk kadrlar yayımlanıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, İkinci Dünya Müharibəsi başlamazdan əvvəl 669 uşağın həyatını xilas edən Nikolas Corc Uintonun həyat hekayəsindən bəhs edən filmdə Hopkins Uinton obrazını canlandırır.

Aktrisa Helena Bonham isə filmdə Uintonun anası Babi rolunu oynayır.

Film ilk dəfə Toronto Film Festivalında nümayiş etdiriləcək. Toronto Film Festivalı sentyabrın 7-dən 17-dək keçiriləcək.

Sözügedən filmdən ilk kadrları təqdim edirik:

Entoni Hopkinsin baş rolda oynadığı "One Life" filmindən ilk kadrlar - 2

Entoni Hopkinsin baş rolda oynadığı "One Life" filmindən ilk kadrlar - 3

# 625 dəfə oxunub

Müəllifin son yazıları

# # #