“Ömrün Xanım Fəsli” adlı yaradıcılıq gecəsi keçiriləcək

“Ömrün Xanım Fəsli”  adlı yaradıcılıq gecəsi keçiriləcək
28 fevral 2024
# 12:30

“Unut məni”, “İndi sənsiz”, “Gecələr”, “Onun xəstəsiyəm”, “Ayrılıq beləmi olur”, “Dahi”, “Sən Qalibsən” kimi populyar mahnıların müəllifi, şair-bəstəkar Xanım İsmayılqızının “Ömrün Xanım Fəsli” adlı yaradıcılıq gecəsi keçiriləcək.

Kulis.az xəbər verir ki, gecədə Faiq Ağayev, Röya, Nazpəri Dostəliyeva, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Teyyub Aslanov, Mətanət İsgəndərli, Abbas Bağırov, Lalə Məmmədova, Rəşad İlyasov, Elnarə Xəlilova, Dilarə Kazımova, Nuri Sərinləndirici, Çinarə Məlikzadə və başqaları çıxış edəcək.

Qeyd edək ki, yaradıcılıq gecəsi 4 iyun, saat 19.00-da Heydər Əliyev Sarayında baş tutacaq.

# 779 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #