Ölümündən iki il sonra irlandiyalı müğənninin həyatından film çəkiləcək

Ölümündən iki il sonra irlandiyalı müğənninin  həyatından film çəkiləcək
18 avqust 2025
# 11:40

2023-cü ildə 56 yaşında vəfat edən İrlandiyalı musiqiçi Şinid Okonnor haqqında onun karyerasının ilk illərini təsvir edən bioqrafik film çəkilir.

Kulis.az xəbər verir ki, ekran əsəri 2022-ci il istehsalı olan “Nothing Compares” sənədli filminin prodüserləri tərəfindən dəstəklənir.

Layihəyə romançı Şirli Ceksonun həyatına həsr olunan 2020-ci il istehsalı “Shirley” əsəri ilə tanınan Cozefina Deker tərəfindən rejissorluq edəcək.

Qeyd edək ki, ifaçının qırx illik karyerasının ən böyük uğuru müğənni Prinsin “Nothing Compares 2 U” mahnısına etdiyi məşhur təkrar ifanın da daxil olduğu 1990-cı il istehsalı “I Do Not Want What I Haven't Got” albomu olub.

# 92 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər