“Ölüm rəqsi” kitabının təqdimatı keçirilib

“Ölüm rəqsi” kitabının təqdimatı keçirilib
22 may 2024
# 10:54

Latviyanın Azərbaycandakı səfirliyinin və “TEAS Press” Nəşriyyat evinin təşkilatçılığı ilə latviyalı rəssam, şair və yazıçı Yanis Yaunsudrabinşin ˝Ölüm rəqsi˝ kitabının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Latviya Parlamentinin sədri Daiga Mierina, Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov, səfirlik əməkdaşları və oxucular iştirak ediblər.

Qeyd edək ki, kitabın tərcüməçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Nigar Sultanova, önsözünün müəllifi tarix elmləri doktoru, professor Kərim Şükürovdur.

# 299 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #