Ölkəmiz “Avroviziya-2025”in finalına keçə bilmədi

Ölkəmiz “Avroviziya-2025”in finalına keçə bilmədi
14 may 2025
# 09:30

"Avroviziya - 2025"in ilk yarımfinal mərhələsi keçirilib.

Kulis.az xəbər verir ki, müsabiqədə 10 nömrə altında “Run with U” mahnısı ilə çıxış edən Azərbaycan təmsilçisi “Mamagama” qrupu müsabiqənin ilk yarımfinal mərhələsində mübarizəni dayandırıb.

Müsabiqənin finalına Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San Marino, Estoniya, Portuqaliya və Ukrayna təmsilçiləri adlayıblar.

Yarımfinalın digər mərhələsi mayın 15-də baş tutacaq.

Qeyd edək ki, müsabiqənin qalibi mayın 17-də keçiriləcək final mərhələsində məlum olacaq.

# 107 dəfə oxunub

Müəllifin son yazıları

# # #