Ölənə qədər yemək yeməyənlər, qocalmamaq üçün ac qalanlar - Dünya dinlərində orucluq

Ölənə qədər yemək yeməyənlər, qocalmamaq üçün ac qalanlar - Dünya dinlərində orucluq
3 may 2022
# 13:00

Oruc təkcə İslam dinində yox, bir çox dində vacib əməllərdən hesab olunur. Hətta İbrahimi dinlərin yaranmasından çox-çox əvvəl, ibtidai qəbilələr də tanrıları xoşbəxt etmək və ya onların qəzəbindən qorunmaq üçün oruc tuturdular. Müxtəlif səbəblərdən tutulan oruca digər dinlərin prizmasından baxaq.

1. Xristianlıqda oruc

Oruc xristianlıqda kilsənin üçüncü əmridir. Orucun məqsədi edilən günahların cəzasını bu dünyadan çəkməyə başlamaqdır. İncildə oruca xüsusi diqqət ayrılıb, amma orucun vaxtı və qaydaları xristian məzhəbləri arasında müxtəlif şəkillərdə icra olunur.

İsanın öldükdən sonra dirildiyinə inanılan Pasxa bayramında oruc tutmaq vacibdir. Pasxadan iki gün əvvəl oruc tutmaq dindar xristianlar arasında geniş yayılıb.

Taking Back Christianity From The Religious Right

2. Yəhudilikdə oruc

Tövratda bəzi günlərdə oruc tutmaq əmr olunmuşdur. Yəhudilikdə oruc həm nəfsi tərbiyə etmək və iztirab çəkmək üçün, həm də, Allaha yaxınlaşmaq üçün vasitə hesab olunur. Tövratda deyilir ki, Musa peyğəmbər Tur dağında qırx gün qırx gecə qalaraq oruc tutmuşdur.

12 yaşı tamam olmuş uşaqlar oruc tutmağa başlayırlar. “Yom Kippur” adlı oruc vacib oruclardandır. “Kippur” peşmanlıq deməkdir. Yəhudilər inanır ki, həmin gün günahlarını etiraf edib oruc tutsalar, Allah onları bağışlayacaq.

İmsak axşam, gün batan zaman edilir. Həmin gecə və sonrakı günün axşamı ilk iki ulduz görünənə qədər yeyib-içmək qadağandır. Bu müddət təxminən 25 saatdır.

Judaism: Founder, Beliefs & Facts - HISTORY

3. Hinduizmdə oruc

Hinduizmdə oruc nəfsi tərbiyə etmək üçün ilin müəyyən aylarında və günlərində tutulur. İbadət məqsədi ilə duaların oxunduğu günlərdə oruc tutmaq lazımdır. Oruc, əsasən, bəzi qidaları yeməmək, yəni bir növ pəhriz kimidir.

Crash Course: Hinduism Spirituality - ENTITY

4. Daosizmdə oruc

Uzaq Şərq mədəniyyətinin dinlərindən olan Daosizmdə oruc daha geniş mənada anlaşılır. Burda oruc sağlamlığı qorumaq və beləliklə, qocalığın qarşısını almaq üçün tutulur. Çinlilər həm də böyük bayram günlərində, pisliklərin artdığı zaman özlərini şərdən qorumaq üçün oruc tuturlar.

Taoism: Finding Balance | Asian Inspirations

5. Brahmanizmdə oruc

Brahmanizmdə hər ayın 12-i və 13-ü oruc tutulur. Bu dində qocalar, xəstələr və uşaqlar da orucdan azad deyil. Bəziləri insani istəklərinə qalib gəlmək üçün 15 gün oruc tuturlar. Bu müddət ərzində bir qurtum sudan başqa hər şey orucu pozur.

Brahmanism 102: The Prophet of Sanatana Dharma and his “idea of India”

6. Caynizmdə oruc

Caynizmdə orucun qaydaları daha sərtdir. Caynistlər 40 gün fasiləsiz oruc tuturlar. Bu dinin qurucusu Mahaviranın özünə əzab verərək dində ali mərtəbəyə yüksəldiyi, ət və yumurta yemədiyi, hətta acından ölənə qədər oruc tutduğu deyilir.

Why Fasting Kills a Jain Girl and the Whole Religion

7. Buddizmdə oruc

Buddizm oruca ən çox diqqət ayıran dinlərdəndir. Buddaya görə nə dünyaya bağlanmaq, nə də dünyadan əl çəkmək lazımdır. Bu məqsədə çatmaq üçün qoyulmuş qanunların birincisi iki aydan bir oruc tutmaq və bu müddət ərzində günahları ictimaiyyətə etiraf etməkdir.

Why Buddhism is true: Mindfulness and meditation in a modern world - Vox

8. Yerli Avropa dinlərində oruc

Keltlərin, romalıların və yunanların da fəlakətlərdən qorunmaq üçün oruc tutduqları iddia olunur.

Top 10 Facts About the Celts – Celtic Life International

# 2808 dəfə oxunub

Müəllifin son yazıları

# # #