Oğlunu tərk etdi, həbsdən çıxıb Moskvaya qaçdı, Atatürkdən əfv dilədi... – Nazim Hikmətin film kimi həyatı

Nazim Hikmət, türk şairi

Nazim Hikmət, türk şairi

3 iyul 2023
# 12:57

Kulis.az məşhur şair Nazim Hikmət haqqında maraqlı faktları təqdim edir.

Nazim Hikmət 1902-ci il yanvar ayının 15-də Türkiyədə zadəgan ailəsində anadan olub. 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olmuş, Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeir yazdığı üçün 1919-cu ildə oradan xaric edilmişdir. 1921-ci ildə Sovet Rusiyasına gəlmiş, Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxumuşdur.

***

Nazim Hikmətin anası Cəlilə xanım rəsmlə məşğul idi. Onun dövrün tanınmış şairi Yahya Kamalla sevgili olduğunu bilən Nazim Hikmət evdən qaçaq düşür və Yahya Kamala belə bir məktub yazır: “Müəllimim olaraq girdiyiniz evə atam kimi girə bilməzsiniz”.

Gallery

Onun qadınlarla münasibəti çox məşhurdur. Birini deyək... Bacısının dul rəfiqəsi Pirayə ilə evli idi, həbsdən məktublaşırdılar. Günlərin birində dayısı qızı Münəvvər onu ziyarətə gəlir və Nazim qadına aşiq olur. Pirayəni isə atır...

1935 yılında evlenip, kimseye haber vermeden İstanbul'a yerleştiler.

Nazim Hikmət həbsdən canını qurtarır, lakin türk hökuməti şairi əsgərliyə çağırır. Bu çağırışın yaxşı olmayacağını qabaqcadan hiss edən şair Moskvaya qaçır. Münəvvəri və oğlu Mehmeti Türkiyədə təkbaşına qoyur, özü isə başqa qadınlara yelkən açır.

***

O qadınlardan biri Qalina idi. Nazimlə xəstəxanada tanış olurlar. Sonra isə yavaş-yavaş bu eşq solmağa başlayır. Sən demə, “mavi gözlü dev” başqa bir qadına aşiq olubmuş. Bu Vera Tulyakova idi. Qalina həqiqəti öyrənəndə heç nə demir və Nazimin o qadına getməyini bağışlayır. Səbəb isə Nazim Hikmətin Veranı sevəndən sonra yaxşı şeirlər yazmasıydı.

hikmet14. Galina

Vera Tulyakovanı sevmək şair üçün ağır idi. Bundan əvvəl infarkt keçirmişdi və bu həyəcan onu öldürə bilərdi. Həkim “sevsən 3 il, sevməsən 10 il yaşayacaqsan” demişdi. Dostlarına bunu danışanda məşhur “Alıx roz” şeirinin müəllifi Andrey Voznesenski “Nazım, sevərək 3 il yaşamağı seç” demişdi. Və həqiqətən də Nazim Hikmət Vera ilə birlikdə 3 il 4 ay yaşadı.

hikmet16. Son Kadın Saman Sarısı

Ayrılıqlarını onlarla şeir həsr etdiyi Münəvvərlə Mehmet onunla görüşmək üçün sosialist şəhəri Varşavaya gəlir. Nazim bu görüşə gəlsə də, onların yanında qalmır, oğlunu da, Münəvvəri də tərk edib Veranın yanına qayıdır. Oğlu bu hərəkəti ona ömür boyu bağışlamır.

Qəribə faktlardan biri odur ki, Nazim Hikmətin həyatında böyük rol oynamış üç qadın – Qalina, Vera və Münəvvər dəfni zamanı bir araya gəlmişdilər. Üçü də yanaşı duraraq Nazimin qəbrinə baxıb həzin-həzin ağlayırdılar.

***

İlk dəfə Bakıya 1927-ci ildə Süleyman Rüstəmin dəvəti ilə gəlib. 1951-ci ildən Moskvada daimi yaşamağa başlayandan sonra tez-tez Azərbaycana, Bakıya səfər etməyə başlayır. O, Bakıda olduğu müddətdə məşhur müğənni Bülbülün ifasında “Koroğlu”nu izləyib, “Yeddi gözəl”dən zövq aldığını yazıb, Filarmoniyada xalq mahnılarına, muğamlarına qulaq asdığını bildirib. Ən bəyəndiyi məklan isə musiqili komediya teatrı olub.

Gallery

Nazim Hikmət Moskvaya qayıdanda dəhşətli həqiqətlərlə rastlaşmışdı. Repressiyalar, qadağalar və s. Yazıçılar İttifaqında şairin gəlişi ilə bağlı böyük qonaqlıq təşkil olunmuşdu. O zaman Nazim Hikmət ayağa durub repressiyalardan danışmış və əlavə etmişdi: “Bütün bunları yoldaş Stalinə deyəcəm”. Həmin an Yazıçılar İttifaqına ölü sükutu çökmüşdü...

Gallery

28 il həbs cəzası almış, onun 12 ilini yatmışdı. Deyilənə görə, həbsdə su işgəncəsinə məruz qalmışdı və buna görə travma almışdı. Ömrünün sonuna qədər bədəninə su vurmamış, çimə bilməmişdi. Bədənini ətirlə təmizləyirdi.

Moskvaya ikinci səfər gəldiyində pasport problemi yaşamışdı. Onu Trotski tərəfdarı olduğu üçün Türkiyə Kommunist Partiyasından uzaqlaşdırmışdılar. Nazim Hikmət bu səbəbdən dolayı uzun müddət SSRİ-də pasportsuz yaşamışdı.

***

Atatürkə əfv olunmağı ilə bağlı məktub ünvanlayır. Həmin vaxtlar prezident xəstə yatağında olduğu üçün məsələni köməkçisinin həll etməsini tapşırır. Ancaq sonra söhbət öz həllini tapmır...

Nazim Hikmət 1963-cü il iyunun 3-də Moskvada vəfat edib. Vera onun qapının ağzında yerə yıxıldığını görüb, nə edəcəyini bilməyib və rəfiqəsinə zəng vurub. Öldüyü gün əlində oxucularının məktubları və səhər qəzeti olub.

# 40707 dəfə oxunub

Müəllifin son yazıları

# # #