2009-cu ildə dağılan "Oasis" rok qrupu fəaliyyətini bərpa edərək konsertə hazırlaşır.
Kulis.az xəbər verir ki, konsertin 4 iyulda Uelsin paytaxtı Kardiffdə keçirilməsi planlaşdırılır.
"BBC"nin xəbərinə görə, artıq 900 min bilet satılıb.
Qrup daha sonra Böyük Britaniya, ABŞ, Cənubi Koreya, Yaponiya, Avstraliya və Cənubi Amerikadakı musiqisevərlərlə görüşəcək.