“Nurlu sabaha” kitabının təqdimatı oldu

“Nurlu sabaha” kitabının təqdimatı oldu
28 noyabr 2023
# 12:25

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və AYB Gəncə bölməsinin təşkilatçılığı ilə gənc şair Minayə Abdullayevanın “Nurlu sabaha” adlı kitabının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, tədbiri AYB Gəncə bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Xəzangül açıb. O, Minayə xanımın “Nurlu sabaha” adlı kitabının məziyyətlərindən danışıb, şeirlərinin bədii keyfiyyətini xüsusi vurğulayıb, ona yeni-yeni uğurlar arzulayıb.

Şair və yazıçılardan Saleh Qurbanov, İnqilab İsaq, Ümbülbanu, Cavanşir Qocayev, Vüsal Hicran, Zülfiyyə Yaqub, Gülnarə Sadiq, Müşfiq Məhərrəmov, Almaz Yusifqızı, Lala Hasancan, Səlvi Baxış, Aləmzər Əlizadə və başqaları M.Abdullayevanı yeni kitabı münasibətilə təbrik ediblər, şeirlərindən nümunələr söyləyiblər.

Kitabxana işçilərindən Fəridə Qədimova, Tərifə Abbas, Mir Cəlal Paşayev ev-muzeyinin direktoru İradə Paşayeva gənc şairin yeni kitabı haqqında ürək sözlərini söyləyiblər.

Sonda Minayə Abdullayeva kitabının təqdimatını keçirdiklərinə görə AYB Gəncə bölməsinə, tədbir iştirakçılarına minnətdarlıq eləyib, yeni şeirlərini oxuyub və xatirə şəkilləri çəkilib.

# 755 dəfə oxunub

Müəllifin son yazıları

# # #