Nurlan Həsənli "Erkən hisslər"ini çəkəcək

Nurlan Həsənli "Erkən hisslər"ini  çəkəcək
31 may 2024
# 15:00

Rejissor Nurlan Həsənlinin “Erkən hisslər” adlı qısametrajlı bədii film layihəsi bir neçə müsabiqənin qalibi olub. Filmin prodüseri Emil Nəcəfov, operatoru Daniel Quliyev, ikinci rejissoru Asaf İsgəndərov, rəssamı Erturan Məmmədovdur. Xronometrajı 20 dəqiqə olan filmin ssenarisi də Nurlan Həsənliyə məxsusdur.

Kulis.az xəbər verir ki, filmin qəhrəmanı 11 yaşlı uşaq qonşunun vəfatıyla qarşılaşdığı ilk ölüm hadisəsini anlamağa çalışarkən dəfn mərasiminə gəlmiş bir qızı görür. O, qızın diqqətini çəkmək üçün qonşu uşaqlarla yarışır.

Layihə “Azərbaycanfilm” kinostudiyasının “Start 2023 Debüt film layihələri müsabiqəsi”nin (2023), Sarayevo Talant Ssenari Modulunun (2022) qalibi, İstanbul Beynəlxalq Film Festivalı “Köprüde Buluşmalar”ın (2024) iştirakçısıdır.

Qara komediya janrında olan filmin istehsalı “Rental Azerbaycan” şirkəti tərəfində həyata keçiriləcək.

Filmin istehsalına Azərbaycan Respublikası Kino Agentliyi tərəfindən maliyyə vəsaiti ayrılacaq.

Filmin 2025-ci ildə nümayiş olunması nəzərdə tutulub.

# 550 dəfə oxunub

Müəllifin son yazıları

# # #