Nura Suri: "Niyə qadının kiminləsə şəkilləri yayılanda həyatı məhv olur?”

Nura Suri:  "Niyə qadının kiminləsə şəkilləri yayılanda həyatı məhv olur?”
4 mart 2023
# 11:00

“Niyə kişilər hər istədiyini edəndə fahişə olmur, qadının kiminləsə münasibəti olanda, şəkilləri yayılanda həyatı məhv olur?”.

Kulis.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Qadınlarla bağlı paylaşımında ifaçı bunları əlavə edib:

“Bu, nə düşüncədir? Nə vaxta kimi qadınlar susacaq, başın aşağı salacaq, istəklərin deməkdən çəkinəcək? Kişilər özlərini qadınlardan üstün hesab edəcək, qadınlar bəyənilmək üçün dəridən-qabıqdan çıxacaq, yaşlananda qadınları gənclərlə əvəzləyəcək qoca kişilər? Nə vaxtacan ərdə olmaq prioritet hesab olunacaq? Nə vaxta kimi qadınları beldən aşağı namus və qeyrətlə əzəcəklər? Belə cəmiyyət kimə xeyir gətirir? Hamı kompleksli, travmalı, psixiatrik xəstəxanadayıq sanki. İnsanlar o qədər cılızlaşır ki…”.

# 2112 dəfə oxunub

Müəllifin son yazıları

# # #