Noyhauzen qəsrində yeni freskalar tapıldı

Noyhauzen qəsrində yeni freskalar tapıldı
30 iyul 2024
# 15:23

Rusiya Federasiyasının Kalininqrad vilayətinin Quryevsk şəhərində yerləşən Noyhauzen qəsrində yeni freskalar tapılıb.

Kulis.az xəbər verir ki, Noyhauzen qəsrində təmir-bərpa işləri zamanı divarlardan birinə sonradan vurulmuş ötrük söküləndə, altında qədimi freska olduğu meydana çıxıb.

Məryəm ana ilə Müqəddəs İosifin təsvir olunduğu ehtimal olunan freskaların təqribən 1519-cu ildə çəkildiyi ehtimal edilir.

Hadisə yerinə mütəxəssislər cəlb edilib, hazırda freskaların bərpa olunması yolunda işlər aparılır.

Qeyd edək ki, Noyhauzen şəhəri 1946-cı ilə qədər Almaniyanın ərazisi olub. İkinci Dünya Müharibəsindən sonra Rusiyanın ərazisinə keçən şəhərin adı dəyişdirilərək Quryevsk qoyulub.

# 409 dəfə oxunub

Müəllifin son yazıları

# # #