Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Nyu-Yorkda tədbir keçirib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Nyu-Yorkda tədbir keçirib
25 sentyabr 2025
# 12:00

ABŞ-nin Nyu-York şəhərində BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Çoxtərəflilik yolayrıcında: Çağırışlar və sülhə gedən yol" adlı yan tədbir keçirilib.

Kulis.az xəbər verir ki, açılış öncəsi tədbir iştirakçılarının qrup fotosu çəkilib. Daha sonra mərkəzin həmsədri Vayra Vike-Frayberqa çıxış edib.

O bildirib ki, BMT Baş Assambleyasının sessiyası dünyada çoxsaylı münaqişələrin baş verdiyi bir dövrdə keçirilir və çoxtərəflilik həqiqətən yolayrıcındadır. O, təşkilatın xüsusilə son dövrlərdə Ukrayna və Qəzza məsələsi ilə bağlı sərt tənqidlərlə üzləşdiyini deyib.

Qeyd edək ki, tədbir çərçivəsində qlobal liderlərin, siyasətçi və ekspertlərin iştirakı ilə "Çoxtərəfliliyin bu günü: çağırışlar və imkanlar", "Fərqin aradan qaldırılması: Çoxtərəfli səylərdə qlobal bərabərsizliklə mübarizə", "İqlim dəyişiklikləri və qlobal mübarizə", "Geosiyasi gərginliklər və onların çoxtərəfliliyə təsirləri" mövzusunda panel müzakirələri keçirilib.

# 112 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər