Nikita Mixalkov: "Hansı filmlərin Oskar aldığını görürük"

Nikita Mixalkov:  "Hansı filmlərin Oskar aldığını görürük"
25 aprel 2023
# 18:30

Rusiyalı rejissor Nikita Mixalkov Qərbin sanksiyalarının Rusiya kinosuna necə təsir etdiyini şərh edib.

Kulis.az xəbər verir ki, bu barədə “Prozvezd” məlumat yayıb.

Mixalkov sanksiyalara görə minnətdar olduğunu bildirib. “Çünki onlar və bu gün kimin kim olduğunu, nəyin nə olduğunu aydın şəkildə göstərdi”, - deyə rejissor qeyd edib.

Sənətçi vurğulayıb ki, Hollivud filmlərinin Rusiya bazarını tərk etməsi yerli kinonun inkişafına təkan verib. Nümunə olaraq o, beynəlxalq kosmik stansiyada çəkilmiş “Çağırış” filmini göstərib. O, yenə də Oskarın əvəzi ola biləcək bir mükafatın yaradılması məsələsini qaldırıb.

“Bu gün hansı filmlərin Oskar aldığını görürük və mən indi ora rus filmlərini göndərmək üçün heç bir səbəb görmürəm. Biz, məsələn, öz mükafatımızı təqdib edə biləcəyimiz Avrasiya Kino Akademiyasının yaradılmasına çalışmalıyıq", - deyə Mixalkov bildirib.

# 1089 dəfə oxunub

Müəllifin son yazıları

# # #