“Netflix”dən yeni layihə: Tarixi-döyüş filmi

“Netflix”dən yeni layihə: Tarixi-döyüş filmi
13 avqust 2026
# 15:50

"Netflix" Koreya mifologiyasındakı qoblindən təsirlənən yeni tarixi-döyüş filmi "Dochabi"nin istehsalına başladığını elan edib.

Kulis.az xəbər verir ki, film dağların dərinliklərində gizlənən keçmiş əsgər Te-san və onun cürçen əsilli qadın Ahay ilə birlikdə mülki əhalini qorumaq uğrunda apardığı mübarizədən bəhs edir.

Maskanın arxasında gizlənərək kəndliləri ovlayan komandir Yi Do-qvana qarşı çıxan Te-san xalq arasında "Dochabi" adı ilə əfsanəyə çevrilir.

Ekran işində Te-san obrazını "Moving" serialı ilə tanınan Kim Do-hun, onunla çiyin-çiyinə döyüşən Ahayı Cun Con-so, hakimiyyət hərisliyi olan komandiri isə Li Cuna-qi canlandırır.

Yan obrazlarda isə Li San-i və Be İn-hyuk kimi aktyorlar yer alıb.

Qeyd edək ki, "The Night Owl" filminin rejissoru An Te-cinin idarə edəcəyi layihənin ssenarisini Hvan Sun-qu qələmə alıb.

# 88 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər