“Netflix” 300 işçisini işdən çıxartdı

“Netflix” 300 işçisini işdən çıxartdı
25 iyun 2022
# 10:40

Məşhur yayım platforması “Netflix” yenidən işçilərini işdən çıxartdı.

Kulis.az “Cumhuriyet”ə istinadla xəbər verir ki, şirkət 300 işçisi ilə yollarını ayırıb.

Bir neçə həftə öncə 150 işçini işdən çıxardan platforma abunə sayının azalması səbəbi ilə bu addımı atdığını bildirmişdi.

Getdikcə rəqabətə tab gətirə bilməyən “Netflix” yarandığı gündən ilk dəfədir bu halla qarşılaşır.

Qeyd edək ki, “Netflix”in reklam təklifləri sürətli şəkildə azalır.

# 1098 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #