“Nəsillərin dialoqu” adlı yeni musiqi layihəsi təqdim ediləcək

“Nəsillərin dialoqu”  adlı yeni musiqi layihəsi təqdim ediləcək
28 yanvar 2026
# 10:19

Yanvarın 31-də Kamera və Orqan Musiqisi Zalında Azərbaycan Milli Konservatoriyası və M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı çərçivəsində ilk dəfə olaraq “Nəsillərin dialoqu” adlı yeni musiqi layihəsi təqdim ediləcək.

Kulis.az xəbər verir ki, konsertdə Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Ələkbərov, istedadlı tarzən İbrahim Babayev və tələbələri çıxış edəcək.

Proqramda Azərbaycan bəstəkar əsərləri, xalq rəqsləri və İbrahim Babayevin muğam improvizələri səslənəcək.

# 228 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər