“Nəğməyə dönmüş ömür” adlı tədbir keçirilib

“Nəğməyə dönmüş ömür”  adlı tədbir keçirilib
20 iyun 2024
# 17:00

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında lirik şair, pedaqoq, tərcüməçi Mirzə Şəfi Vazehin anadan olmasının 230 illiyi ilə əlaqədar “Nəğməyə dönmüş ömür” adlı tədbir təşkil olunub.

Kulis.az xəbər verir ki, Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova şairin yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, Mirzə Şəfi əsasən lirik şeirlər yazıb, zəngin yaradıcılığı ilə Azərbaycan poeziyasına yeni fikir, düşüncə tərzi gətirib.

Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, dosent Firudin Qurbansoy çıxışında M.Ş.Vazehin həyatının Tiflis və Gəncə dövrlərindən danışıb.

Tədbirdə 158 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xuraman Əliyeva, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi Orxan İsayev və başqaları çıxış edərək bildiriblər ki, şairin yaradıcılığının çox az bir hissəsi dövrümüzə gəlib çatıb.

Tədbirdə M.Ş.Vazehin qəzəlləri səsləndirilib.

# 492 dəfə oxunub

Müəllifin son yazıları

# # #