Nazirlik Moskva Kino Həftəsində təmsil olundu

Nazirlik Moskva Kino Həftəsində təmsil olundu
29 avqust 2024
# 17:06

Avqustun 23-dən 28-dək Rusiya Federasiyasının Yaradıcı Sənayelər Agentliyi tərəfindən Moskva Kino Həftəsi təşkil edilib.

Kulis.az xəbər verir ki, tədbirin iştirakçı ölkələri arasında ABŞ, Türkiyə, Hindistan, Çin, Cənubi Koreya, Qazaxıstan, Özbəkistan, BƏƏ və digər ölkələr yer alıb.

Qeyd edək ki, bu layihə beynəlxalq peşəkar kino ictimaiyyəti ilə Rusiya kino sənayesinin liderləri arasında qarşılıqlı əlaqələrin yaradılması üçün əlverişli platforma rolunu oynayır.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyini Moskva Kino Həftəsində təmsil edən Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov tədbir çərçivəsində “Yaradıcı iqtisadiyyatmövzusunda keçirilən panel müzakirələrə qatılıb, çıxışında Azərbaycanda Mədəni və Yaradıcı Sənayelərin (MYS) qrantlar və təhsil proqramları vasitəsilə strateji olaraq inkişafına xüsusi diqqət ayrıldığını vurğulayıb. Bildirib ki, qrant və təhsil proqramları, gənc startapçılara dəstək göstərən Yaradıcı Mərkəzin fəaliyyəti, ölkənin MYS sektorunu gücləndirmək və qlobal səviyyədə mövqeyini yüksəltmək öhdəliyini daşıyır. Rzizov həmçinin tədbir çərçivəsində müxtəlif ölkələrin yaradıcı sənaye nümayəndələri ilə görüşlər keçirib.

İlk dəfə keçirilən Moskva Kino Həftəsi çərçivəsində iştirakçılar yaradıcı sənaye sahəsi üzrə müxtəlif ölkələrin aparıcı layihələri ilə tanış olmaq imkanı da əldə ediblər. Tədbirdə 25 ölkədən beynəlxalq kino komissiyalarının nümayəndələri, kino sənayesinin rəhbər şəxsləri və ekspertləri iştirak edib.

# 567 dəfə oxunub

Müəllifin son yazıları

# # #