Nazirlik Filarmoniyanın gecə klubuna çevrilməyinə münasibət bildirdi

Nazirlik Filarmoniyanın gecə klubuna çevrilməyinə münasibət bildirdi
18 may 2022
# 17:40

M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində “UFFO” restoranının rəhbərliyi ilə cari ilin iyun ayından rəsmi müqavilə bağlanması üçün hazırlıq işlərinə başlanılıb. Lakin restoran rəsmi şərtlərə əməl etmədən özbaşına fəaliyyətə başlayıb və bu cür xoşagəlməz görüntülər meydana çıxıb.

Bu barədə Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

“Mədəniyyət Nazirliyi sözügedən hadisədən təəssüfləndiyini bildirir və məsələnin həlli məqsədilə filarmoniya rəhbərliyinə aidiyyəti tapşırıqlar verib.

Bu məsələdə məsuliyyətsizlik göstərmiş şəxslər və müqavilə şərtlərinə əməl etmədən fəaliyyətə başlayan restoran rəhbərliyi barəsində tədbir görüləcək”, - qeyd olunub.

Xatırladaq ki, sosial şəbəkələrdə Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyətində gecə klubunun fəaliyyət göstərməsi ilə bağlı məlumat və görüntülər yayılmışdı.

# 1894 dəfə oxunub

Müəllifin son yazıları

# # #