"Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi, gələcək nəsillərə ötürülməsi həm Mədəniyyət Nazirliyi, həm Elm və Təhsil Nazirliyi, həm də aidiyyəti digər qurumlar tərəfindən əsas hədəflərdən biridir".
Kulis.az xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən Azərbaycan dili və ədəbiyyatı forumunda mədəniyyət naziri Adil Kərimli deyib.
"Forumdan əsas gözləntilər problemləri ortaya çıxarmaq, onları müzakirə etmək və nəhayət, bu problemlərin həllinə çalışmaqdır. Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi istiqamətində birgə işin təşkili müəyyənləşib", - nazir əlavə edib.