Mədəniyyət naziri Anar Kərimov dünyaşöhrətli rejissor və prodüser Timur Bekmambetovla görüşüb.
Kulis.az xəbər verir ki, görüşdə Azərbaycan kino sənayesinin inkişafı və perspektivləri, mümkün birgə layihələrin həyata keçirilməsi, o cümlədən Azərbaycanda animasiya filmləri məktəbinin yaradılması ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Timur Bekmambetov nazir Anar Kərimova səmimi qəbula görə öz təşəkkürünü bildirib.
- Qarışqaya ədəbi personajın adı verildi
- “Biz yalnız parodiya etmişik”
- Netflix "Ginny and Georgia"nı yeniləyir
Qeyd edək ki, Timur Bekmambetov bir çox tanınmış Hollivud filmlərinin rejissoru və prodüseridir.