Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Naxçıvan – 100 illik şanlı tarix” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib.
Kulis.az xəbər verir ki, kitabxana əməkdaşları bu dəfə “Naxçıvan Muxtar Respublikası - 100” adlı təqvim hazırlayıb.
Təqvimin hazırlanmasında məqsəd Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutan, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamış Naxçıvan diyarı haqqında məlumatların geniş oxucu kütləsi arasında təbliğidir. Təqvimin birinci buraxılışı Naxçıvanın dini, elmi, mədəni, tarixi-memarlıq nümunələrinə, folkloruna, milli geyim, musiqi alətlərinə, rəqs, mətbəx nümunələrinə həsr edilib. Burada sözügedən mövzuları əhatə edən yazı materialları və fotogörüntülər təqdim olunub.
- Musa Yaqub oxucularla görüşüb
- Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov
- O, Xalq yazıçısı adından çox nökər olmağına sevinmişdi – Maraqlı faktlar
Məhdud sayda nəşr olunması nəzərdə tutulan təqvimin ikinci hissəsi bu diyarın görkəmli şəxsiyyətlərinə həsr edilib. Naxçıvan Muxtar Respublikasından bəhs edən məqalələri cəmləyən “Naxçıvan - 100” rubrikada isə “Heydər Əliyev: milli dövlət quruculuğunun Naxçıvan mərhələsi”, “Cahanın Nəqşi - Naxçıvan səyyah və coğrafiyaşünasların gözü ilə...”, “Qədim türk yurdu – Azərbaycanın ayrılmaz hissəsi”, “Möhtəşəm minilliklərin şanlı 100 ili”, “Şərqdən doğan Günəşə boylanan diyar” kimi məqalələrin tam mətni nümayiş olunub.