Natəvan Dəmirçioğlunun romanı çap olundu

Natəvan Dəmirçioğlu

Natəvan Dəmirçioğlu

25 iyun 2024
# 11:00

Yazıçı Natəvan Dəmirçioğlunun "Açar" adlı yeni romanı çap olunub.

Kulis.az xəbər verir ki, “Açar” mövzusu həyatdan götürülən, psixoloji məqamlarla zəngin olan, gerçək hadisələri əks etdirən, real obrazlar sisteminə malik müasir romandır.

Romandakı hadisələr üç müxtəlif dövrü əhatə edir. Əsasən 44 günlük Vətən müharibəsi və Zəfər dövrü ilə başa çatır.

Obrazların yaşantıları, həyat mübarizəsi, sevgisi olduqca təbii lövhələrlə təsvir edilir.

Natəvan Dəmirçioğlunun “Açar” romanı mövzu tutumuna və bədii xüsusiyyətlərinə görə çağdaş nəsrimizin uğurlu əsəri hesab edilə bilər. Müəllifin ən böyük uğuru isə açar obrazını və simvolikasını Azərbaycan, hətta dünya ədəbiyyatında ilk dəfə söz sənətinə gətirməsidir.

# 520 dəfə oxunub

Müəllifin son yazıları

# # #