Bakıxanovun 230 illik yubileyi ilə əlaqədar videoçarx hazırlandı

Bakıxanovun 230 illik yubileyi ilə əlaqədar videoçarx hazırlandı
28 iyun 2024
# 11:33

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə “Yubileylər silsiləsi” layihəsi çərçivəsində böyük maarifçi, filosof, alim, şair, yazıçı Abbasqulu ağa Bakıxanovun 230 illik yubileyinə həsr olunmuş videoçarx hazırlayıb.

Kulis.az xəbər verir ki, videoçarx Ümummilli Lider Heydər Əliyevin Abbasqulu ağa Bakıxanov haqqında söylədiyi fikirlə başlanır.

Sonra Prezident İlham Əliyevin Abbasqulu ağa Bakıxanov haqqında sözləri verilir.

Videoçarxda Abbasqulu ağa Bakıxanovun yaradıcılığı və elmi fəaliyyəti haqqında məlumat yer alıb. Burada “Gülüstani-İrəm”, “Qanuni Qüdsi”, “Təhzibi-əxlaq” əsərləri haqqında məlumat da öz əksini tapıb.

İzləyicilərə A.Bakıxanov ədəbi irsinin Təbrizdə olan tədqiqatçısı, publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Hədyə Zəhra Əhmədi və xeyriyyəçi Şəhram Oromi tərəfindən A.Bakıxanovun “Mirat Ül-Cəmal” və “Təhzibi-əxlaq” əsərlərinin Azərbaycan dilinə ilk dəfə şərhlə tərcümə olunması haqqında məlumat verilir.

Videoçarxda A.Bakıxanovun qələm dostlarının fotoşəkilləri, görkəmli alimin əsərləri və təltifləri haqqında informasiya ötürülür. Həmçinin böyük alimin xatirəsinin əbədiləşdirilməsi haqqında xüsusi bölmə ayrılıb.

Videoçarxı https://www.youtube.com/watch?v=44tX1IzlueA linkdən izləyə bilərsiniz.

# 2257 dəfə oxunub

Oxşar xəbərlər

Cadugərliyin faciələrlə dolu  tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

Cadugərliyin faciələrlə dolu tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

14:00 22 noyabr 2026
Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

10:00 22 noyabr 2026
Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər