Abstrakt sənətin qabaqcıllarından biri kimi tanınan rus rəssamı Vasili Kandinskinin nasistlər tərəfindən oğurlanan tablosu hərracda satılıb.
Kulis.az xəbər verir ki, 20-ci əsrdə nəzəriyyə və təcrübələri ilə fəal rol oynayan rəssamın tablosu məşhur Sotheby's hərrac evində 37,2 milyon sterlinqə satılıb.
Gələcək nəsillər üçün mücərrəd sənət növünü müəyyənləşdirdiyi ifadə edilən rəsm Kandinskinin sevgilisi Qabriele Münter və dostları ilə Murnauda yaşayarkən çəkilib.
Rəsm velosipedlə səyahətdən bəhs edir.