Narkomaniyaya Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş sərgi açıldı

Narkomaniyaya Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş sərgi açıldı
24 iyun 2026
# 17:09

Milli Kitabxanada “26 iyun – Narkomaniyaya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, virtual sərgidə insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan narkomaniya haqqında dövri mətbuat səhifələrində dərc olunan materiallar, fotolar və kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə isə narkomaniyaya qarşı qətiyyətlə mübarizə aparılmasından bəhs edən ədəbiyyatlar, “Psixoaktiv maddələrdən istifadənin risk amilləri", "Asılı davranışın inkişafına yeniyetmənin yaş xüsusiyyətlərinin təsiri", "Yeniyetmələrdə psixoaktiv maddələrdən asılılığın formalaşma mərhələləri", "Psixoaktiv maddələrdən istifadənin əsas əlamətləri", “Azərbaycanda yayılmış psixoaktiv maddələr və onların sağlamlığa zərərli təsiri” və digər mövzularda məlumat - təbliğat xarakterli kitablar nümayiş olunur.

# 83 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər