Narıngülün "Çilli qız" ı çap olundu

Narıngülün "Çilli qız" ı çap olundu
3 iyun 2024
# 13:30

Yazıçı Narıngül Nadirin “Çilli qız” adlı yeni kitabı çapdan çıxıb.

Kulis.az xəbər verir ki, kitaba “Çilli qız”, “Yuva” povestləri və müxtəlif vaxtlarda qələmə alınmış hekayələr daxil edilib.

Kitab “Elm və Təhsil” nəşriyyatında çap olunub, redaktoru yazıçı-publisist Təranə Vahiddir.

Kitabın annotasiyasında müəllif belə qeyd edir: “Bu kitabın hər səhifəsindən bir insan taleyi boylanır. Dünyada qəribə taleli adamlar var. Hər adamın da öz nağılı...Dünya eləcə kitab-kitab nağıldır.

Bir də ki, yaşadığımız həyat başdan-başa təkrarlardan ibarətdir axı... Şəklini itirmiş, formasını dəyişmiş təkrarlardan...”

Narıngül Nadiri təbrik edir, uğurlar və oxucu bolluğu arzulayırıq.

# 383 dəfə oxunub

Müəllifin son yazıları

# # #