Napoleonun imzaladığı sənədlər satılacaq

Napoleonun imzaladığı sənədlər satılacaq
17 yanvar 2024
# 10:23

Fransa imperatoru Napoleon Bonapartın imzaladığı sənədlər yanvarın 25-də hərraca çıxarılacaq.

Kulis.az xəbər verir ki, sənədlərdən biri italyanların orduya səfərbər edilməsi ilə bağlı Napoleonun 2 aprel 1813-cü ildə Yelisey sarayında imzaladığı fərmandır.

Sənədin həqiqiliyi "İnternational Autograph Auctions Europe S.L." sertifikatı ilə təsdiqlənir.

İkinci sənəd isə fransız ticarət gəmisinin kapitanına verilmiş və həmin ildə imperator tərəfindən imzalanmış lisenziya idi.

# 624 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #