“Muzeydə kino” adlı yeni layihə başlayır

“Muzeydə kino”  adlı yeni layihə başlayır
31 yanvar 2024
# 18:50

Fevralın 3-dən Azərbaycan Milli İncəsənət Muzeyi “Muzeydə kino” adlı yeni layihəyə başlayır.

Kulis.az xəbər verir ki, filmlərin nümayişi şənbə və bazar günləri muzeyin kinozalında keçiriləcək.

Fevralın 3-4-də rejissor Şamil Nəcəfzadənin “Üfüqü ötənlər” tammetrajlı bədii-sənədli filminin nümayişi olacaq. İki hissədən ibarət film beş tanınmış avanqard rəssam – Cavad Mircavadov, Tofiq Cavadov, Əşrəf Murad, Rasim Babayev və Qorxmaz Əfəndiyevdən bəhs edir. 2011-ci ildə “Yaddaş” sənədli filmlər studiyasında istehsal edilmiş filmin ssenari müəllifi Sara Oğuz Nəsirova, operatoru Nizami Abbas, prodüseri Cavid İmamverdiyev, koordinatoru Şirin Məlikovadır. "AZƏRTAC"

# 957 dəfə oxunub

Müəllifin son yazıları

# # #