Müslüm Maqomayevin nadir səs yazısı - İlk dəfə

Müslüm Maqomayevin nadir səs yazısı - İlk dəfə
17 iyun 2025
# 11:20

Dünya şöhrətli müğənni Müslüm Maqomayevin nadir səs yazısı onun xatirəsinə həsr olunmuş rəsmi feysbuk səhifəsində ilk dəfə yayımlanıb.

Kulis.az xəbər verir ki, sözləri Nikolay Dobronravova məxsus olan mahnının adı "Земля - родина любви" ("Yer kürəsi - sevginin vətəni") adlanır.

İndiyə qədər yayımlanmamış səs yazısı 1985-ci ildə Bakıda Xalq Artisti, cazmen, pianoçu Rafiq Babayevin dirijorluğu ilə lentə alınıb. Mahnı M.Maqomayevin şəxsi kasetlərindən birində qorunub saxlanılıb.

Qeyd edək ki, bu, əvvəllər ictimaiyyətə təqdim olunmayan və sənətçinin rəsmi kolleksiyalarına daxil edilməyən nadir arxiv materialıdır.

# 166 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #