Musiqilərini bir-bir sildilər – "Spotify"ın gizli silah layihəsi ifşa oldu

Musiqilərini bir-bir sildilər – "Spotify"ın gizli silah layihəsi ifşa oldu
31 iyul 2025
# 11:00

"King Gizzard & the Lizard Wizard", "Deerhoof" və "Xiu Xiu" daxil olmaqla bir neçə tanınmış musiqi qrupu "Spotify" platformasından öz musiqilərini çıxarmağa qərar verib.

Kulis.az xəbər verir ki, səbəb platformanın baş direktoru Daniel Ekin süni intellektlə işləyən hərbi texnologiya şirkətinə sərmayə yatırmasıdır.

Sənətçilər bu addıma etiraz olaraq gəlirləri silah texnologiyasının inkişafına yönəldilmiş bir platforma ilə əməkdaşlıq etmək istəmədiklərini bildiriblər.

“Work This Time” və “Robot Stop” kimi məşhur mahnılarla tanınan “King Gizzard & the Lizard Wizard” qrupu, mövcud lisenziya müqavilələrinə görə yalnız bir neçə albomu saxlamaqla, demək olar ki, bütün musiqilərini "Spotify"dan silib.

Qeyd edək ki, digər sənətçilər də oxşar addımlar ataraq platformanı sərt tənqid ediblər.

# 126 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #