Musiqi Forumuna bu gün yekun vurulacaq

Musiqi Forumuna bu gün yekun vurulacaq
31 oktyabr 2023
# 14:50

Azərbaycanda ilk dəfə keçirilən Musiqi Forumu işini oktyabrın 31-də də davam etdirib.

Kulis.az xəbər verir ki, Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə gerçəkləşir.

Forumun üçüncü günü Beynəlxalq musiqi şurasının Azərbaycan şöbəsinin sədri, musiqişünas Nigar Axundovanın moderatorluğu ilə keçirilən “Azərbaycan musiqişünaslığı: araşdırmalar kəsişməsində” adlı panel sessiyada Azərbaycan musiqi elminin inkişaf istiqamətləri: strategiya və taktika, mədəniyyətlərarası dialoq kontekstində Azərbaycan musiqişünaslığının rolu və bu kimi digər mövzular müzakirə olunur.

Foruma bu gün yekun vurulacaq.

# 573 dəfə oxunub

Müəllifin son yazıları

# # #