“M.Teatr”da yeni tamaşanın premyerası oldu

“M.Teatr”da yeni tamaşanın premyerası oldu
24 may 2023
# 14:20

Müstəqil “M.Teatr”da (“Mənim teatrım”) tanınmış fransız dramaturqu, aktrisa Jasmina Rezanın “Art” adlı əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.

Kulis.az xəbər verir ki, yeni tamaşanın quruluşçu rejissoru Ərturan Nəcəfi Göl, rəssamı Sevinc Məmmədova, rejissor köməkçisi isə Cavid Babadır.

Komediya janrında qurulan tamaşada rolları Vüqar Hacıyev, Şamil İbrahimov və Ərturan Nəcəfi Göl ifa edirlər.

Səhnə əsəri 3 köhnə dostdan bəhs edir. Dostlardan biri ağ rəngdə bir rəsm əsəri alır, bu onların arasında böyük qalmaqala səbəb olur. Əsər klassik düşüncə ilə modernizm arasında olan zidiyyətlərdən, eləcə də dostların biri-birinə olan münasibətindən bəhs edir.

# 771 dəfə oxunub

Müəllifin son yazıları

# # #