Monteneqroda “Azərbaycan xalçası: təbiətlə dialoq” adlı sərgi açıldı

Monteneqroda “Azərbaycan xalçası: təbiətlə dialoq”  adlı sərgi açıldı
2 avqust 2024
# 11:36

Monteneqro Milli Muzeyinin Miodrag Dado Djuric İncəsənət Qalereyasında “Azərbaycan xalçası: təbiətlə dialoq” adlı sərgi açılıb.

Kulis.az xəbər verir ki, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan sərgidə Muzeyin kolleksiyasından 24 dəyərli sənət nümunəsi yer alır.

Bunlara XVIII əsrdən müasir dövrədək xalqımızın zəngin mədəniyyətini, dünyagörüşünü, həyat tərzini və ənənələrini əks etdirən xalçalar, xalça məmulatları və eskizlər aiddir.

Qeyd edək ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Monteneqro Mədəniyyət və Media Nazirliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyi və Monteneqro Milli Muzeyinin təşkilatçılığı ilə keçirilir.

“Azərbaycan xalçası: təbiətlə dialoq” sərgisi avqustun 31-dək davam edəcək.

# 494 dəfə oxunub

Müəllifin son yazıları

# # #