Monenin sərgilənməmiş əsəri hərraca qoyuldu

Monenin sərgilənməmiş əsəri hərraca qoyuldu
29 sentyabr 2023
# 10:20

“Christie's” Beynəlxalq Hərrac Evi noyabr ayında Nyu-Yorkda müasir incəsənət hərracı keçirəcək.

Kulis.az xəbər verir ki, hərracda məşhur fransız rəssam Klod Monenin indiyədək sərgilənməmiş tablosu satılacaq.

"Le bassin aux nympheas" ("Gölməçədə su zanbaqları") adlı rəsm əsəri 1917-1919-cu illər arasında yaradılmış və 1972-ci ildən adı açıqlanmayan şəxsi kolleksiyada saxlanılır. Rəsmin minimal dəyəri 65 milyon dollardır.

# 833 dəfə oxunub

Müəllifin son yazıları

# # #